Mexaniki reduktor

İkinci çarxın sürəti fırlanma momentinin hesabına artır
Variatorun işləməsi
Silindrik dişli çarxlarla işləyən reduktor
Planetar reduktor
Hipoid reduktor

Mexaniki reduktorfırlanma momentini bir və ya bir neçə mexaniki ötürmənin köməyi ilə ötürən və çevirən mexanizmdir. Mexaniki ötümənin əsas xarakteriskaları faydalı iş əmsalı, ötürmə ədədi, ötürülən güc, valların maksimal bucaq sürəti, aparan və aparılan valların sayı, növü və ötürmə pillərinin sayıdır.

Adətən giriş valının böyük bucaq sürətini çıxış valının aşağı sürətinə çevirən və bununla fırlanma momentini artıran qurğulara reduktor deyilir. Belə reduktorlar demultiplikator adlanır. Əksinə işləyən reduktorlar isə multiplikatorlardır.

Pilləli ötürmə ədədinə malik reduktorlar sürətlər qutusu kimi tanınır. Pilləsiz ötürmələrlə işləyənlər isə variatorlardır.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy